https://sputnik.az/20211120/parisi-dagidirlar---etirazin-ildonumunu-layiqli-qeyd-elediler-436496286.html
Parisi dağıdırlar - Etirazın ildönümünü "layiqli" qeyd elədilər
Parisi dağıdırlar - Etirazın ildönümünü "layiqli" qeyd elədilər
Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. "Sarı jiletlilərin" Parisdəki etiraz aksiyasında qarışıqlıq düşüb. Gənclər hüquq mühafizəçilərinə butulka atıblar, polislər isə buna... 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T18:30+0400
2021-11-20T18:30+0400
2021-11-20T18:30+0400
dünya xəbərləri
aksiya
paris
jilet
sarı
https://cdnn1.img.sputnik.az/img/41983/36/419833649_0:0:2747:1546_1920x0_80_0_0_6ef7a0b6d6573998a5d05153ecc9e920.jpg
BAKI, 20 noyabr — Sputnik. "Sarı jiletlilərin" Parisdəki etiraz aksiyasında qarışıqlıq düşüb. Gənclər hüquq mühafizəçilərinə butulka atıblar, polislər isə buna gözyaşardıcı qazla cavab veriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Fransa İqtisadiyyat Nazirliyinin binasının yanından başlayan yürüşdə "sarı jiletlilər" və sanitar icazə kağızlarına etiraz edənlərlə yanaşı, üzlərini qara maska ilə örtmüş qara geyimli adamlar da var. Bu adamlar polisləri təhrik edir və əllərinə keçəni dağıdırlar. Xuliqanlar yürüşün marşrutu üzərində olan avtobus dayanacağını sındırıblar. Aksiya iştirakçılarının bir hissəsi marşrutdan yayınmağa çalışıb, ancaq polis onların yolunu kəsib. Yürüş bir müddət dayandırılsa da, hazırda davam edir. "Sarı jiletlilərlə" yanaşı, Parisdə digər narazıların da aksiyaları planlaşdırılıb. İndilərdə Respublika meydanında qadınlara qarşı məişət və seksual zorakılıq əleyhinə aksiya başlamalıdır."Sarı jiletlilər" bu gün yaradılışlarının üçüncü ildönümünü qeyd edirlər. Onların genişmiqyaslı aksiyaları 2018-ci il noyabrın 17-də başlanmışdı. Onlar yanacaq və benzinə görə verginin artırılmasına qarşı çıxırdılar. Sonra buna digər - həm sosial, həm siyasi - tələblər də əlavə olundu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41983/36/419833649_0:0:2729:2047_1920x0_80_0_0_c5e475133809304ea5e2ecac08cc1572.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aksiya, paris, jilet, sarı
aksiya, paris, jilet, sarı
Parisi dağıdırlar - Etirazın ildönümünü "layiqli" qeyd elədilər
BAKI, 20 noyabr — Sputnik. "Sarı jiletlilərin" Parisdəki etiraz aksiyasında qarışıqlıq düşüb. Gənclər hüquq mühafizəçilərinə butulka atıblar, polislər isə buna gözyaşardıcı qazla cavab veriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Fransa İqtisadiyyat Nazirliyinin binasının yanından başlayan yürüşdə "sarı jiletlilər" və sanitar icazə kağızlarına etiraz edənlərlə yanaşı, üzlərini qara maska ilə örtmüş qara geyimli adamlar da var. Bu adamlar polisləri təhrik edir və əllərinə keçəni dağıdırlar.
Xuliqanlar yürüşün marşrutu üzərində olan avtobus dayanacağını sındırıblar. Aksiya iştirakçılarının bir hissəsi marşrutdan yayınmağa çalışıb, ancaq polis onların yolunu kəsib. Yürüş bir müddət dayandırılsa da, hazırda davam edir.
"Sarı jiletlilərlə" yanaşı, Parisdə digər narazıların da aksiyaları planlaşdırılıb. İndilərdə Respublika meydanında qadınlara qarşı məişət və seksual zorakılıq əleyhinə aksiya başlamalıdır.
"Sarı jiletlilər" bu gün yaradılışlarının üçüncü ildönümünü qeyd edirlər. Onların genişmiqyaslı aksiyaları 2018-ci il noyabrın 17-də başlanmışdı. Onlar yanacaq və benzinə görə verginin artırılmasına qarşı çıxırdılar. Sonra buna digər - həm sosial, həm siyasi - tələblər də əlavə olundu.