https://sputnik.az/20211120/hansi-heyvanlar-koronavirus-dasiyicisi-olur---yeni-arasdirma-436436143.html
Hansı heyvanlar koronavirus daşıyıcısı olur - yeni araşdırma
Hansı heyvanlar koronavirus daşıyıcısı olur - yeni araşdırma
Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. ABŞ alimləri SARS-CoV-2 virusu və orqanizmlərin hüceyrələri arasında üçölçülü modellər quraraq hansı heyvanların kononavirus... 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T16:12+0400
2021-11-20T16:12+0400
2021-11-20T16:12+0400
virus
səhiyyə
xəstəlik
heyvan
daşıyıcı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434049560_0:160:3072:1888_1920x0_80_0_0_18acfe330c785fc4da3857f92f051e48.jpg
BAKI, 20 noyabr — Sputnik. ABŞ alimləri SARS-CoV-2 virusu və orqanizmlərin hüceyrələri arasında üçölçülü modellər quraraq hansı heyvanların kononavirus infeksiyası keçirə biləcəyini öyrəniblər. Bu barədə "The Scientist" məlumat verib.Tədqiqat üçün aparat tədrisi metodlarından istifadə edilib, 5 mindən çox məməlidə COVID-19-un orqanizmə təsiri qiymətləndirilib.Mütəxəssislər virusa yoluxa bilən və onu daşıya bilən, insanlarla müntəzəm təmasda olan 500-ə yaxın heyvan növü seçiblər. Bunlar arasında vəhşi xallı maral, Asiya camışı (ovlananlar) və ev pişikləri də var.Nyu-Yorkdakı Keri Ekosistem Tədqiqatları İnstitutunun mütəxəssisləri əmindirlər ki, pandemiyanın yeni dalğalarının və yeni təhlükəli ştammların yaranmasının qarşısını almaq üçün koronavirusu yaya bilən heyvanlar arasında bütün mümkün təmaslara nəzarət etmək lazımdır.Su samuru, əksər primatlar, bəzi təkdırnaqlılar, ərincəklər, qarışqayeyənlər, panqolinlər və ev pişikləri COVID-19-un potensial daşıyıcıları siyahısına daxil olublar.Təcrübələr zamanı növlərin ekoloji və bioloji xarakteristikaları ACE2 (angiotenzin çevirici ferment 2) ilə virusun zülal-zülal qarşılıqlı təsirinin üçölçülü modelləşdirilməsi nəticəsində əldə olunan məlumat birləşdirilib."ACE2 onurğalılarda çox yaxşı saxlanılır, çünki o, məsələn, qan təzyiqinə nəzarət etmək üçün çox vacibdir", - deyə tədqiqat müəllifləri əlavə ediblər.Eləcə də oxuyun:* Rəşad Mahmudov: "COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir"* Koronavirus pandemiyası nə vaxt səngiyəcək - Bill Geytsin ehtimalı* Xüsusi risk qrupuna aid olan şəxslərə müraciət: "buster" dozanı vurdurun* Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı* "Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır* Avstriyada koronavirus pritonu: Peyvənd olunanlara pulsuz görüş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434049560_171:0:2902:2048_1920x0_80_0_0_673e48b607ea29ae3f7daf5b051a845e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
virus, xəstəlik, heyvan, daşıyıcı
virus, xəstəlik, heyvan, daşıyıcı
BAKI, 20 noyabr — Sputnik. ABŞ alimləri SARS-CoV-2 virusu və orqanizmlərin hüceyrələri arasında üçölçülü modellər quraraq hansı heyvanların kononavirus infeksiyası keçirə biləcəyini öyrəniblər. Bu barədə "The Scientist" məlumat verib.
Tədqiqat üçün aparat tədrisi metodlarından istifadə edilib, 5 mindən çox məməlidə COVID-19-un orqanizmə təsiri qiymətləndirilib.
Mütəxəssislər virusa yoluxa bilən və onu daşıya bilən, insanlarla müntəzəm təmasda olan 500-ə yaxın heyvan növü seçiblər. Bunlar arasında vəhşi xallı maral, Asiya camışı (ovlananlar) və ev pişikləri də var.
Nyu-Yorkdakı Keri Ekosistem Tədqiqatları İnstitutunun mütəxəssisləri əmindirlər ki, pandemiyanın yeni dalğalarının və yeni təhlükəli ştammların yaranmasının qarşısını almaq üçün koronavirusu yaya bilən heyvanlar arasında bütün mümkün təmaslara nəzarət etmək lazımdır.
Su samuru, əksər primatlar, bəzi təkdırnaqlılar, ərincəklər, qarışqayeyənlər, panqolinlər və ev pişikləri COVID-19-un potensial daşıyıcıları siyahısına daxil olublar.
Təcrübələr zamanı növlərin ekoloji və bioloji xarakteristikaları ACE2 (angiotenzin çevirici ferment 2) ilə virusun zülal-zülal qarşılıqlı təsirinin üçölçülü modelləşdirilməsi nəticəsində əldə olunan məlumat birləşdirilib.
"ACE2 onurğalılarda çox yaxşı saxlanılır, çünki o, məsələn, qan təzyiqinə nəzarət etmək üçün çox vacibdir", - deyə tədqiqat müəllifləri əlavə ediblər.
*
Avstriyada koronavirus pritonu: Peyvənd olunanlara pulsuz görüş