https://sputnik.az/20211120/goycaylilarin-qirmizi-qizili---her-kese-tovsiye-olunan-murebbe-436509587.html
Göyçaylıların "qırmızı qızıl"ı - Hər kəsə tövsiyə olunan mürəbbə
Göyçaylıların "qırmızı qızıl"ı - Hər kəsə tövsiyə olunan mürəbbə
Sputnik Azərbaycan
Bu mürəbbə çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur. 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T13:40+0400
2021-11-20T13:40+0400
2021-11-20T13:40+0400
nar
cəmiyyət
mürəbbə
göyçay
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436491473_0:256:2730:1792_1920x0_80_0_0_646680d4e0b42873c098f14f9dd8d689.jpg
BAKI, 20 noyabr — Sputnik. Min bir dərdin dərmanı olan nardan bir çox məhsullar hazırlanır ki, onlardan biri də nar mürəbbəsidir. El arasında nardança adlanan bu məhsulu hazırlamaq üçün narın “Gülövşə” növündən istifadə edilir. Düzdür, Göyçayın bir çox kəndlərində narşərab bütün evlərdə hazırlansa da, nardançanı hər kəs bişirə bilmir.Göyçayın Ləkçıplaq kənd sakini Kəmalə Tahirova deyir ki, nardança bişirmək üçün nar dənələndikdən sonra təmiz su ilə yuyulub ocaq üzərində olan qaba tökülür. Təqribən 4-5 dəqiqə od üzərində qalan nar gilələrinin suyu çıxdıqdan sonra üzərinə şəkər tozu əlavə olunur. Nar mürəbbəsi 15-20 dəqiqə ocaq üzərində qaldıqdan sonra tam bişmiş sayılır.Narın növünə, dənələrinin iri və xırda olmasına, şəkər tozunun miqdarına görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər. Mürəbbə hazır olduqdan sonra şüşə qablara yığıldıqda bir ildən çox saxlamaq olar.Nar mürəbbəsi çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.Ləkçıplaq kəndinin digər sakini olan Məlahət Tahirovanın sözlərinə görə, bağında nar məhsulu olan çox adam nar mürəbbəsindən xeyli gəlir əldə edə bilir. Düzdür, bir çox rayonlarda, eləcə də Bakıda nar mürəbbəsindən xəbərsizdirlər. Amma bir dəfə dadına baxan adam hər il bu məhsuldan almağa can atır. Sputnik Azərbaycan-ın müsahibi deyir ki, nardança vitaminlərlə zəngin olur. Narın özü kimi, mürəbbəsi də bir çox xəstəliklərin müalicəsində yaxşı kömək edir. Odur ki, nar mövsümündə hər kəsin evində azı bir kiloqram nar mürəbbəsinin olması vacib hesab edilir. Nardan şirə, şərab, mürəbbə hazırlanır, qabığından və tumundan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə edilir.Xatırladaq ki, hər il Göyçayın nar bağlarından yığılan tonlarla nar məhsulları yerli bazarla yanaşı, əsasən Rusiya bazarlarına çıxarılır.Eləcə də oxuyun: * Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?* Qədim, taclı və gözəl: Ölkəmizin simvollarından olan nar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436491473_0:0:2730:2048_1920x0_80_0_0_95366c50b8eada3c1ad7a22b185d4a53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nar, mürəbbə, göyçay
Göyçaylıların "qırmızı qızıl"ı - Hər kəsə tövsiyə olunan mürəbbə
Bu mürəbbə çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.
BAKI, 20 noyabr — Sputnik. Min bir dərdin dərmanı olan nardan bir çox məhsullar hazırlanır ki, onlardan biri də nar mürəbbəsidir. El arasında nardança adlanan bu məhsulu hazırlamaq üçün narın “Gülövşə” növündən istifadə edilir. Düzdür, Göyçayın bir çox kəndlərində narşərab bütün evlərdə hazırlansa da, nardançanı hər kəs bişirə bilmir.
Göyçayın Ləkçıplaq kənd sakini Kəmalə Tahirova deyir ki, nardança bişirmək üçün nar dənələndikdən sonra təmiz su ilə yuyulub ocaq üzərində olan qaba tökülür. Təqribən 4-5 dəqiqə od üzərində qalan nar gilələrinin suyu çıxdıqdan sonra üzərinə şəkər tozu əlavə olunur. Nar mürəbbəsi 15-20 dəqiqə ocaq üzərində qaldıqdan sonra tam bişmiş sayılır.
Narın növünə, dənələrinin iri və xırda olmasına, şəkər tozunun miqdarına görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər. Mürəbbə hazır olduqdan sonra şüşə qablara yığıldıqda bir ildən çox saxlamaq olar.
Nar mürəbbəsi çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.
Ləkçıplaq kəndinin digər sakini olan Məlahət Tahirovanın sözlərinə görə, bağında nar məhsulu olan çox adam nar mürəbbəsindən xeyli gəlir əldə edə bilir. Düzdür, bir çox rayonlarda, eləcə də Bakıda nar mürəbbəsindən xəbərsizdirlər.
Amma bir dəfə dadına baxan adam hər il bu məhsuldan almağa can atır.
Sputnik Azərbaycan-ın müsahibi deyir ki, nardança vitaminlərlə zəngin olur. Narın özü kimi, mürəbbəsi də bir çox xəstəliklərin müalicəsində yaxşı kömək edir. Odur ki, nar mövsümündə hər kəsin evində azı bir kiloqram nar mürəbbəsinin olması vacib hesab edilir. Nardan şirə, şərab, mürəbbə hazırlanır, qabığından və tumundan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə edilir.
Xatırladaq ki, hər il Göyçayın nar bağlarından yığılan tonlarla nar məhsulları yerli bazarla yanaşı, əsasən Rusiya bazarlarına çıxarılır.
*
Qədim, taclı və gözəl: Ölkəmizin simvollarından olan nar