https://sputnik.az/20211120/fitchden-socar-la-bagli-musbet-proqnoz-436514407.html
"Fitch"dən SOCAR-la bağlı müsbət proqnoz
"Fitch"dən SOCAR-la bağlı müsbət proqnoz
Sputnik Azərbaycan
Reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb. 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T17:38+0400
2021-11-20T17:38+0400
2021-11-20T17:38+0400
socar
neft-qaz
"fitch" beynəlxalq reytinq agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_0:0:1999:1125_1920x0_80_0_0_e31f06c2ee5d0e6e815fa3b21743995a.jpg
BAKI, 20 noyabr — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Azərbaycanın suveren reytinqinə uyğun səviyyədə (BB+/Stabil) təsdiq edib.Sputnik Azərbaycan bu barədə agentliyə istinadən məlumat verir.Qeyd olunur, reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb. Eyni zamanda şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti əsas götürülüb."Fitch" reytinqində SOCAR-ın müstəqil kredit profili (SCP) "b+" səviyyəsində qiymətləndirilir."SOCAR-ın 2020-ci ildə nəticələri zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər güclü olub. Şirkətin bu il, daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacağın qiymətlərinin artması ilə gəlirlərini bərpa edəcəyi gözlənilir", - deyə agentliyin açıqlamasında deyilir.Eyni zamanda agentlik qeyd edir ki, kəşfiyyat və hasilat seqmenti SOCAR-ın əsas mənfəət mənbəyidir."Azərbaycanda neft-qaz layihələrinin əksəriyyəti məhsul bölgüsü barədə sazişlərə uyğun reallaşdırılır. Bu sazişlərdə SOCAR dövləti təmsil etməklə minoritar paya sahibdir. Bununla yanaşı, SOCAR "Cənub Qaz Dəhlizi" kimi dövlət tərəfindən təşviq olunan iri enerji layihələrində paya sahibdir", - hesabatda vurğulanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_14:0:1791:1333_1920x0_80_0_0_885450f21ecc384c5220466d0ddfe2e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
socar, "fitch" beynəlxalq reytinq agentliyi
socar, "fitch" beynəlxalq reytinq agentliyi
"Fitch"dən SOCAR-la bağlı müsbət proqnoz
Reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb.
BAKI, 20 noyabr — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Azərbaycanın suveren reytinqinə uyğun səviyyədə (BB+/Stabil) təsdiq edib.
Sputnik Azərbaycan bu barədə agentliyə istinadən məlumat verir.
Qeyd olunur, reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb. Eyni zamanda şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti əsas götürülüb.
"Fitch" reytinqində SOCAR-ın müstəqil kredit profili (SCP) "b+" səviyyəsində qiymətləndirilir.
"SOCAR-ın 2020-ci ildə nəticələri zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər güclü olub. Şirkətin bu il, daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacağın qiymətlərinin artması ilə gəlirlərini bərpa edəcəyi gözlənilir", - deyə agentliyin açıqlamasında deyilir.
Eyni zamanda agentlik qeyd edir ki, kəşfiyyat və hasilat seqmenti SOCAR-ın əsas mənfəət mənbəyidir.
"Azərbaycanda neft-qaz layihələrinin əksəriyyəti məhsul bölgüsü barədə sazişlərə uyğun reallaşdırılır. Bu sazişlərdə SOCAR dövləti təmsil etməklə minoritar paya sahibdir. Bununla yanaşı, SOCAR "Cənub Qaz Dəhlizi" kimi dövlət tərəfindən təşviq olunan iri enerji layihələrində paya sahibdir", - hesabatda vurğulanır.