Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Bağlanmalara gedirdik, bundan başqa yol yox idi" - Yaqut Qarayeva

© Sputnik / Murad OrujovYaqut Qarayeva, arxiv şəkli
Yaqut Qarayeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibbi personal, 574 könüllü, 380 xaricdən dəvət olunan mütəxəssis cəlb edilib.
BAKI, 20 noyabr — Sputnik. "Pandemiya başlayanda vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, ötən ilin iyun ayından yoluxma daha da artdı, avqustun sonuna qədər belə davam etdi: "Müharibədən sonra yoluxma sayları artanda biz yenidən qapanmalara getdik. Vaksinasiya başlayandan bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir. Bundan gözəl vaksinasiyanın effektivliyini göstərən nəsə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq".
Yaqut Qarayeva bildirib ki, Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43551 tibbi personal, 574 könüllü, 380 xaricdən dəvət olunan mütəxəssis cəlb edilib. O, həkimlərin 44 günlük Vətən müharibəsində də xidmətindən danışıb: "Vətən müharibəsi zamanı yaralılara 10 000 tibbi personal, 1300 könüllü, 100 xaricdən dəvət olunan mütəxəssis xidmət göstərib".
Xəbər lenti
0