DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ daha bir ölkədən əsgərlərini çıxarır

© AFP 2024 / AHMAD AL-RUBAYEAmerika ordusunun əsgəri Bağdadda
Amerika ordusunun əsgəri Bağdadda - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
BAKI, 20 noyabr - Sputnik. ABŞ Müdafiə naziri Lloyd Ostin şənbə günü iraqlı həmkarı Cuma İnadla görüşündə Amerika hərbi missiyasının bu ölkədə cari ilin sonunadək bitəcəyini təsdiq edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat verib.
"Nazir Ostin ABŞ qüvvələrinin İraq hökumətinin dəvəti ilə İraq təhlükəsizlik qüvvələrinə dəstək vermək üçün İraqda qaldığını təsdiq edib. ABŞ 2021-ci ilin iyulunda üzərinə götürdüyü öhdəlikləri, eləcə də İraq ərazisində ilin sonunadək hərbi tapşırıqları yerinə yetirən bir nəfər də amerika əsgəri qalmayacağı barədə öhdəliyini yerinə yetirəcək", - Kirbi deyib.
Qeyd olunur ki, tərəflər ABŞ-ın İraqdakı missiyasının sonrakı mərhələsini müzakirə ediblər. Missiya səylərini "İslam dövləti"* terrorçu qruplaşması ilə mübarizə kampaniyası çərçivəsində İraq hərbçilərinə məsləhətlər verib, kəşfiyyat məlumatlarının mübadiləsində köməyə yönəldəcək.
Pentaqon rəhbəri həmçinin İraqın Baş naziri Mustafa əl-Kazıminin iqamətgahına bu yaxınlarda edilən hücum cəhdini də qınayıb və ərəb ölkəsinin yeni hökumətinin formalaşmasının bundan sonra sülh şəraitində keçəcəyinə ümidvar olduğunu deyib.
İki ölkənin müdafiə nazirlərinin görüşü hər il Bəhreyndə keçirilən "Manama dialoqu" - beynəlxalq regional təhlükəsizlik konfransı çərçivəsində baş tutub.
Qeyd edək ki, ABŞ hərbi qüvvələrini bu ilin avqustunda Əfqanıstandan çıxarıb.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
Xəbər lenti
0