SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

TÜRKPA-nın adı dəyişdirilir

© AZƏRTACBakıda TÜRKPA-nın binası, arxiv şəkli
Bakıda TÜRKPA-nın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
İstanbul sammitindən sonra Türkdilli Dövlətlərin Parlament Assambleyasının da adının dəyişdirilməsi gündəmə gəlib.
BAKI, 19 noyabr — Sputnik. Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) adı dəyişdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop deyib.
O, bildirib ki, TÜRKPA-nın adı ən qısa zamanda dəyişdirilərək daha güclü bir birliyə çevriləcək:
"Bu, təbii ki, sadəcə ad dəyişikliyi deyil. Qazaxıstanda TÜRKPA-nın toplantısını keçirdik. Həmin iclasda bu məsələ qaldırıldı. Orada qeyd olundu ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının adını dəyişdirək, Türk Dövlətlərinin Parlamentlərarası Birliyi adını qoyaq. İlk növbədə dövlət başçılarının bir araya gəlib, adı dəyişdirməsi lazımdır, sonra ona əməl edəcəyik. Bu səbəbdən məsələ hələ açıq qalır. Özbəkistanın da TÜRKPA-ya üzvlüyə qəbul edilməsinin məntiqli ola biləcəyini düşünürük".
Xatırladaq ki, noyabrın 12-də İstanbulda dövlət başçılarının toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Xəbər lenti
0