Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Sıfır nöqtəsindən başlamaq – Ermənistanla sərhədin demarkasiyasına dair son yenilik

© AP Photo / Raad AdaylehSərhəddə tikanlı məftillər, arxiv şəkli
Sərhəddə tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Ermənistan parlamentinin "Mülki vətəndaş" fraksiyasının sədri Andranik Koçaryan bildirib ki, müzakirələr qüvvələrin sərhəddə harada yerləşməsi ətrafında gedir və yeni gərginliyi yaratmamaq üçün ciddi ehtiyatlılıq göstərmək lazımdır.
BAKI, 19 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Yerevan və Bakıya demarkasiya prosesini 0 nöqtəsindən başlamağı təklif edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mülki vətəndaş" fraksiyasının sədri və parlamentin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Andranik Koçaryan bildirib.
"Söhbət prosesin sıfır nöqtəsindən tərpənməsindən gedir və Ermənistan buna öz razılığını verib", - deyə Koçaryan bildirib.
O vurğulayıb ki, bu məsələdə ciddi şəkildə konfidensiallığı qorumaq lazımdır. Komitə sədrinin sözlərinə görə, müzakirələr qüvvələrin sərhəddə harada yerləşməsi ətrafında gedir və yeni gərginliyi yaratmamaq üçün ciddi ehtiyatlılıq göstərmək lazımdır.
Azərbaycan-Ermənistan sərhəddində gərginlik
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-sı Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xəbər lenti
0