https://sputnik.az/20211119/pensiya-kapitalinin-bir-hissesinin-kommunal-xidmete-kredite-odenilmesi-teklif-edilir-436474889.html
Pensiya kapitalının bir hissəsinin kommunal xidmətə, kreditə ödənilməsi təklif edilir
Pensiya kapitalının bir hissəsinin kommunal xidmətə, kreditə ödənilməsi təklif edilir
Sputnik Azərbaycan
Vətəndaşın 60 min manat pensiya kapital yığımı varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T21:50+0400
2021-11-19T21:50+0400
2021-11-19T21:50+0400
pensiya
iqtisadiyyat
milli məclis
"əmək pensiyaları haqqında" azərbaycan respublikasının qanunu
https://cdnn1.img.sputnik.az/img/40443/05/404430514_0:41:2000:1166_1920x0_80_0_0_6a959c025742b5585c6ee47e32a11463.jpg
BAKI, 19 noyabr — Sputnik. Vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququ var. Məsələn, bəzi ölkələrdə yığımların üçdəbiri kommunal xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur: "Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin.Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu, həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər".Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri davam edir. Millət vəkili komitə iclasında sosial sfera ilə bağlı təkliflər irəli sürüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40443/05/404430514_211:0:1918:1280_1920x0_80_0_0_f78ca6f457d8acd16d624a6806afcd54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, milli məclis, "əmək pensiyaları haqqında" azərbaycan respublikasının qanunu
pensiya, milli məclis, "əmək pensiyaları haqqında" azərbaycan respublikasının qanunu
Pensiya kapitalının bir hissəsinin kommunal xidmətə, kreditə ödənilməsi təklif edilir
Vətəndaşın 60 min manat pensiya kapital yığımı varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğundur.
BAKI, 19 noyabr — Sputnik. Vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququ var. Məsələn, bəzi ölkələrdə yığımların üçdəbiri kommunal xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri millət vəkili Vüqar Bayramov səsləndirib.
O bildirib ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur: "Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin.
Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu, həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər".
Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri davam edir. Millət vəkili komitə iclasında sosial sfera ilə bağlı təkliflər irəli sürüb.