DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Müdafiə nazirindən sonra Baş Qərargah rəisi də istefaya göndəriləcək? – Yeni detallar

© SputnikErmənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, arxiv şəkli
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Yeni nazir isə bu vəzifəyə müvafiq kadr tapmadığı üçün belə bir qərar verməyə tələsmir. Hazırda məsələ mümkün namizədlərin nəzərdən keçirilməsi mərhələsindədir
BAKI, 19 noyabr — Sputnik. Ermənistanın yeni müdafiə naziri Suren Papikyan hazırda yeni kadrların axtarışındadır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Johovurd" nəşri yayıb.
Nəşr yazır ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın istefaya göndərilməsinə dair siyasi qərar verilib.
Yeni nazir isə bu vəzifəyə müvafiq kadr tapmadığı üçün belə bir qərar verməyə tələsmir. Hazırda məsələ mümkün namizədlərin nəzərdən keçirilməsi mərhələsindədir.
Nəşr yazır kı, Davtyanı işdən qovmaq üçün iki səbəb var. Birincisi, Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti və təşkilatçılığı qeyri-kafi olaraq dəyərləndirilir və buna görə Silahlı Qüvvələrin Baş Qərargah rəisi birbaşa məsuliyyət daşıyır. İkincisi, sabiq müdafiə naziri David Tonoyan və silah ticarətçisi David Qalstyana qarşı qaldırılan korrupsiya işində onun adı çəkilir. Nəşr yazır ki, bu iş üzrə yaxın gələcəkdə Davtyanın statusu dəyişəcək, ona qarşı ittiham irəli sürüləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib: "Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.
Xəbər lenti
0