https://sputnik.az/20211119/mehkemelerde-monitorinqler-kecirilecek-436487535.html
Məhkəmələrdə monitorinqlər keçiriləcək
Məhkəmələrdə monitorinqlər keçiriləcək
Sputnik Azərbaycan
Azərbaycanda məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T16:00+0400
2021-11-19T16:00+0400
2021-11-19T16:00+0400
məhkəmə
azərbaycan xəbərləri
plenum
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/40911/54/409115449_0:0:2000:1125_1920x0_80_0_0_dd73226fa35fe7a22638d6e2a03d9ebc.jpg
BAKI, 19 noyabr — Sputnik. Noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a məhkəmədən bildirilib.Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Ali Məhkəmə Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılan qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Azərbaycanda bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.Plenumda, həmçinin konkret işlərə baxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40911/54/409115449_252:0:1959:1280_1920x0_80_0_0_0d9f13d1a81dca6bf15c73fbcaa5c89a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məhkəmə, plenum, ali məhkəmə
məhkəmə, plenum, ali məhkəmə
Məhkəmələrdə monitorinqlər keçiriləcək
Azərbaycanda məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritetdir.
BAKI, 19 noyabr — Sputnik. Noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a məhkəmədən bildirilib.
Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Ali Məhkəmə Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.
Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılan qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır.
Azərbaycanda bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.
Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.
Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.
Plenumda, həmçinin konkret işlərə baxılıb.