https://sputnik.az/20211119/ki-qurum-arasinda-borc-qalmaqali-boyuyur-qazanxanalara-verilen-qaz-kesilecek-436475353.html
İki qurum arasında borc qalmaqalı böyüyür: Qazanxanalara verilən qaz kəsiləcək
İki qurum arasında borc qalmaqalı böyüyür: Qazanxanalara verilən qaz kəsiləcək
Sputnik Azərbaycan
“Azəriqaz”ın rəhbəri deyib ki, əgər o vaxta qədər ödəniş olmasa, borclu abunəçinin qazını kəsməyə məcbur olacaqlar. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T22:53+0400
2021-11-19T22:53+0400
2021-12-14T14:21+0400
istilik
cəmiyyət
"azəristiliktəchizat" asc
"azərenerji" asc
"azəriqaz" istehsalat birliyi
https://cdnn1.img.sputnik.az/img/40758/24/407582432_0:50:2000:1175_1920x0_80_0_0_cbd13910b4feb94fd95d4efbcd068aa9.jpg
BAKI, 19 noyabr — Sputnik. “Azəristiliktəchizat” ASC “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun bir hissəsini ödəyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. "Azəristiliktəchizat" ASC-nin bizə qaza görə olan borcunu ödəməsi üçün bir həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”, - deyə o qeyd edib.R.Əliyev həmçinin qeyd edib ki, quruma borca görə verilən möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb: “Əgər o vaxta qədər ödəniş olmasa, biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".Qeyd edək ki, dünən "Azəristiliktəchizat" ASC-nin mavi yanacağa görə “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun məbləği açıqlanıb. Son məlumata görə, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İB-ə 34,3 milyon manat borcu var."Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, borclu tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu iddia edir: "Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur.İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb. Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman "Azəristiliktəchizat" deyəcək ki, "Azəriqaz" İB qaz vermir. Nəticədə də "Azəriqaz" İB qınaq obyektinə çevriləcək".Həmçinin oxuyun:İki qurum arasında milyonluq borc davası: Cəzasını soyuqda qalan vətəndaş çəkir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40758/24/407582432_433:0:2000:1175_1920x0_80_0_0_4bd9e1428874c126ea71e835df981865.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
istilik, "azəristiliktəchizat" asc, "azərenerji" asc, "azəriqaz" istehsalat birliyi
istilik, "azəristiliktəchizat" asc, "azərenerji" asc, "azəriqaz" istehsalat birliyi
İki qurum arasında borc qalmaqalı böyüyür: Qazanxanalara verilən qaz kəsiləcək
22:53 19.11.2021 (Yenilənib: 14:21 14.12.2021) “Azəriqaz”ın rəhbəri deyib ki, əgər o vaxta qədər ödəniş olmasa, borclu abunəçinin qazını kəsməyə məcbur olacaqlar.
BAKI, 19 noyabr — Sputnik. “Azəristiliktəchizat” ASC “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun bir hissəsini ödəyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
"Azəristiliktəchizat" ASC-nin bizə qaza görə olan borcunu ödəməsi üçün bir həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”, - deyə o qeyd edib.
R.Əliyev həmçinin qeyd edib ki, quruma borca görə verilən möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb: “Əgər o vaxta qədər ödəniş olmasa, biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".
Qeyd edək ki, dünən "Azəristiliktəchizat" ASC-nin mavi yanacağa görə “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun məbləği açıqlanıb. Son məlumata görə, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İB-ə 34,3 milyon manat borcu var.
"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, borclu tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu iddia edir: "Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur.
İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb. Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman "Azəristiliktəchizat" deyəcək ki, "Azəriqaz" İB qaz vermir. Nəticədə də "Azəriqaz" İB qınaq obyektinə çevriləcək".