SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Rusiyanın savaşdan sonrakı rolu barədə danışıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов во время заседания Совета министров иностранных дел СНГ
Министр иностранных дел Азербайджана Джейхун Байрамов во время заседания Совета министров иностранных дел СНГ - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb.
BAKI, 19 noyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.
Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
0