https://sputnik.az/20211119/azerbaycanda-kend-teserrufati-mehsullari-ucuzlasacaq-436488261.html
Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşacaq
Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşacaq
Sputnik Azərbaycan
Gələn ildən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T22:16+0400
2021-11-19T22:16+0400
2021-11-19T22:16+0400
kənd təsərrüfatı
iqtisadiyyat
ədv
dövlət vergi xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777956_0:0:3072:1728_1920x0_80_0_0_c744d08940fb93502dfdfe0bf39a7dfe.jpg
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq. Bununla bağlı Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər tətbiq ediləcək.2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanacaq. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu gün əhalinin çoxu marketlərdən alış-veriş edir, bazarlar xeyli azalıb: "Kənd təsərrüfatı məhsullarının satış qiyməti o qədər də böyük deyil. Bu, satış qiymətinin marjasından asılı olacaq. Marketlər üçün marja nə qədər yüksək olacaqsa, ƏDV də o qədər yüksək olacaq. Bunu ona görə edirlər ki, supermarketlər məhsulun üzərinə daha çox marja qoymasınlar. Bu addımın ümumi qiymətlərə ən azından 3-5 faizlik təsiri olmalıdır", - deyə o əlavə edib.Qeyd edək ki, digər dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.Dövlət Vergi Xidmətindən bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcək. Bu da qiymətlərin azalmasına təsir edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777956_341:0:3072:2048_1920x0_80_0_0_803f540c5820a74c6f32f15326455a31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı, ədv, dövlət vergi xidməti
kənd təsərrüfatı, ədv, dövlət vergi xidməti
Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşacaq
Gələn ildən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq. Bununla bağlı Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər tətbiq ediləcək.
2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanacaq. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.
Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu gün əhalinin çoxu marketlərdən alış-veriş edir, bazarlar xeyli azalıb:
"Marketlər kənd təsərrüfatı məhsulunu 1 manata alıb, 1 manat 30 qəpiyə satacaqsa, burada 30 qəpiyin əlavə dəyər vergisi hesablanacaq. Yəni bu, 1 manata şamil edilməyəcək. Məsələn, 1 manat 30 qəpiyin 18 faizi təxminən 20 qəpik edirsə, 30 qəpiyin 18 faizi təxminən 5 qəpik edəcək. Əvvəl isə ƏDV, məhsulun tam dəyərinin 18 faiz dərəcəsi ilə hesablanırdı. Bu addım kənd təsərrüfatı məhsullarının qiymətinə müəyyən qədər təsir edəcək".
"Kənd təsərrüfatı məhsullarının satış qiyməti o qədər də böyük deyil. Bu, satış qiymətinin marjasından asılı olacaq. Marketlər üçün marja nə qədər yüksək olacaqsa, ƏDV də o qədər yüksək olacaq. Bunu ona görə edirlər ki, supermarketlər məhsulun üzərinə daha çox marja qoymasınlar. Bu addımın ümumi qiymətlərə ən azından 3-5 faizlik təsiri olmalıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, digər dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.
Dövlət Vergi Xidmətindən bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcək. Bu da qiymətlərin azalmasına təsir edəcək.