Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərbaycan-Rusiya əlaqələri Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühümdür"

© Sputnik / Murad Orudjev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Hikmət Hacıyev deyib ki, ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan əməkdaşlığına münasibət bildirib.
Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında çıxış edən PA səlahiyyətlisi bildirib ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib və münaqişəyə son qoyulub:

"Rusiya-Azərbaycan Ekspert Şurası iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslanır. Ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir".

Hikmət Hacıyev diqqətə çatdırıb ki, üçtərəfli bəyanat Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.
O bildirib ki, indiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur. Qarşılıqlı fəal əməkdaşlıq inkişaf edir.
Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.
Xəbər lenti
0