https://sputnik.az/20211119/azerbaycan-kitabxanasi-en-yasli-oxucusunu-itirib-436479719.html
Azərbaycan kitabxanası ən yaşlı oxucusunu itirib
Azərbaycan kitabxanası ən yaşlı oxucusunu itirib
Sputnik Azərbaycan
Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T14:23+0400
2021-11-19T14:23+0400
2021-11-19T14:23+0400
kitabxana
azərbaycan xəbərləri
qax
begi davudova
əmbərçay kəndi
https://cdnn1.img.sputnik.az/img/41132/62/411326215_0:0:2001:1125_1920x0_80_0_0_144ebe7ad1f60aca1f44591b7d3e9293.jpg
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanın ən yaşlı kitabxana abunəçisi olan Begi Davudova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, 81 yaşlı Begi xanım Qax rayonunun Əmbərçay kəndində yaşayıb. Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab oxumuşdu. Onu digərlərindən fərqləndirən ən böyük cəhət isə ömrünün sonuna qədər eynəksiz oxuması idi.Xatırladaq ki, Begi nənə bir müddət əvvəl Sputnik Azərbaycan-a müsahibə verərkən bildirmişdi ki, bir dəfə gözündən zərbə alandan sonra gözü zəifləməyə başlayıb. Onda da həyat yoldaşının eynəyi ilə oxumağa davam edib. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra onun eynəyi də xarab olub. Ondan sonra mütaliəni eynəksiz davam etdirən Begi nənəni tanımayan şəxslər onu ali savadlı insan zənn edirlərmiş.Allah rəhmət eləsin!Həmçinin oxuyun: Azərbaycanda nadir hadisə: 77 yaşlı qadından master-klass
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41132/62/411326215_94:0:1871:1333_1920x0_80_0_0_f080da32eefe7a8098c23e82c5ef2e1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitabxana, qax, begi davudova, əmbərçay kəndi
kitabxana, qax, begi davudova, əmbərçay kəndi
Azərbaycan kitabxanası ən yaşlı oxucusunu itirib
Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab oxumuşdu.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanın ən yaşlı kitabxana abunəçisi olan Begi Davudova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, 81 yaşlı Begi xanım Qax rayonunun Əmbərçay kəndində yaşayıb. Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab oxumuşdu. Onu digərlərindən fərqləndirən ən böyük cəhət isə ömrünün sonuna qədər eynəksiz oxuması idi.
Xatırladaq ki, Begi nənə bir müddət əvvəl Sputnik Azərbaycan-a müsahibə verərkən bildirmişdi ki, bir dəfə gözündən zərbə alandan sonra gözü zəifləməyə başlayıb. Onda da həyat yoldaşının eynəyi ilə oxumağa davam edib. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra onun eynəyi də xarab olub. Ondan sonra mütaliəni eynəksiz davam etdirən Begi nənəni tanımayan şəxslər onu ali savadlı insan zənn edirlərmiş.