Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan dünyanın ən populyar istedad axtarışı şousunda təmsil olunacaq

© AFP 2023 / CHRISTOPHE ARCHAMBAULTKastinq
Kastinq - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
Şounun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycan dünyanın ən populyar istedad axtarışı şousunda təmsil olunacaq.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Central Asia's Got Talent" (Talant Mərkəzi Asiya ) şou layihəsi Mərkəzi Asiyadakı istedadların yolunu yenidən açır.
İkinci mövsümdə bu şouya ilk dəfə olaraq Azərbaycan da qoşulacaq. Möhtəşəm yarışın Azərbaycan üzrə tərəfdaşı "Xəzər" Media Mərkəzidir. Şounun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
Münsiflər heyətinin tərkibində ilk dəfə bir nəfər azərbaycanlı məşhur da olacaq. Onun kim olduğu noyabr ayının 25-də "Xəzər" Media Mərkəzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Azərbaycan üzrə seçim turları isə noyabrın 24-ü başlayacaq. Yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün: 24-25 noyabr tarixlərində, saat 10:00-dan 17:00-dək Bakıda, "Xəzər" TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi mütləqdir. Şüarlar isə belədir: bu möhtəşəm şouda Azərbaycan adını sən də dünyaya tanıt! İstedadını göstər! Şöhrət bir addımlığındadır!
Qeyd edək ki, "Central Asia's Got Talent" (Talant Mərkəzi Asiya ) şousu 2019-cu ildən fəaliyyətə başlayıb.
İlk qalibi Tacikistanı təmsil edən 22 yaşlı ifaçı Çorşonba Alovatov olub. 5 ölkəni əhatə edən bu şouda istənilən yaşda olan şəxslər öz bacarıqlarını nümayiş etdirə bilərlər. Layihə Simon Covel tərəfindən əsası qoyulan "America"s got talent" və "Britian"s got talent" şoularının əsasında yaradılıb.
Yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. "Got Talent" formatı dünyanın ən uğurlu realiti-şousu kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Yarışın builki finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.
Maraqlananlar "Xəzər" televiziyasına müraciət edə bilərlər.
Xəbər lenti
0