https://sputnik.az/20211119/200-min-sexsin-elilliyi-legv-edilib-nazirlikden-aciqlama-436475143.html
200 min şəxsin əlilliyi ləğv edilib? Nazirlikdən açıqlama
200 min şəxsin əlilliyi ləğv edilib? Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T12:30+0400
2021-11-19T12:30+0400
2021-11-19T12:30+0400
əlil
cəmiyyət
kiv
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923848_0:309:3090:2047_1920x0_80_0_0_61e3ac31a16977ebdc019568d68a0ac3.jpg
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 200 min şəxsin əlilliyinin ləğv edilməsi ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı buna aydınlıq gətirib.A.Bayramov qeyd edib ki, bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən guya "200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi" kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alır. Onun sözlərinə görə, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır:"Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923848_361:0:3090:2047_1920x0_80_0_0_0161a7e61d55ad606e7b4aaeed6ed79d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əlil, kiv, əmək və əhalinin sosial müdafiə nazirliyi
əlil, kiv, əmək və əhalinin sosial müdafiə nazirliyi
200 min şəxsin əlilliyi ləğv edilib? Nazirlikdən açıqlama
Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur.
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 200 min şəxsin əlilliyinin ləğv edilməsi ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı buna aydınlıq gətirib.
A.Bayramov qeyd edib ki, bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən guya "200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi" kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alır.
Onun sözlərinə görə, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır:
"Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır".