https://sputnik.az/20211118/tarixi-telefon-danisigi-bas-nazir-erdogana-tesekkur-etdi-436464622.html
Tarixi telefon danışığı: Baş nazir Ərdoğana təşəkkür etdi
Tarixi telefon danışığı: Baş nazir Ərdoğana təşəkkür etdi
Sputnik Azərbaycan
BAKI, 18 noyabr - Sputnik. İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dövlət başçısının iqamətgahının fotosunu... 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T23:43+0400
2021-11-18T23:43+0400
2021-11-18T23:43+0400
dünya xəbərləri
türkiyə
israil
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433645776_0:0:2889:1626_1920x0_80_0_0_0ce9f5704336723a19c54c594a2cedb4.jpg
BAKI, 18 noyabr - Sputnik. İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dövlət başçısının iqamətgahının fotosunu çəkərkən həbs edilən həmvətənlərinin qaytarılmasına görə təşəkkürünü bildirib.Sputnik Azərbaycan bildirir ki, məlumatı hökumət başçısının dəftərxanası yayıb.İsrail KİV məlumat yaymışdı ki, bu günlərdə iki israilli (ər-arvad) Ərdoğanın iqamətgahının fotosunu çəkərək Whatsapp-da qohumlarının qrupunu göndərib, "Nə gözəl evdir" yazıb. Cümə axşamı onların azad edildiyi və İsrailə, evlərinə göndərildikləri barədə xəbər verilib. "Baş nazir Naftali Bennetlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutub. Bennet Prezident Ərdoğana Natali və Mordi Okninin İsrailə qaytarılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib", - qurumun məlumatında deyilir. Qeyd olunur ki, bu, son səkkiz il ərzində İsrail Baş naziri ilə Türkiyə Prezidenti arasında ilk bağlantıdır. Baş nazir həmçinin Türkiyə tərəfinə bütün səviyyələrdə fəaliyyətinə görə təşəkkürünü bildirib, qeyd edib ki, söhbət humanitar məsələdən gedirdi. O, böhranlı vəziyyətdə effektiv və hiss edilmədən işə düşən kommunikasiya kanallarının fəaliyyətini müsbət qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433645776_120:0:2851:2048_1920x0_80_0_0_35b28cabd75da6c33e695067d4dfb361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, israil
Tarixi telefon danışığı: Baş nazir Ərdoğana təşəkkür etdi
BAKI, 18 noyabr - Sputnik. İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dövlət başçısının iqamətgahının fotosunu çəkərkən həbs edilən həmvətənlərinin qaytarılmasına görə təşəkkürünü bildirib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı hökumət başçısının dəftərxanası yayıb.
İsrail KİV məlumat yaymışdı ki, bu günlərdə iki israilli (ər-arvad) Ərdoğanın iqamətgahının fotosunu çəkərək Whatsapp-da qohumlarının qrupunu göndərib, "Nə gözəl evdir" yazıb. Cümə axşamı onların azad edildiyi və İsrailə, evlərinə göndərildikləri barədə xəbər verilib.
"Baş nazir Naftali Bennetlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutub. Bennet Prezident Ərdoğana Natali və Mordi Okninin İsrailə qaytarılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib", - qurumun məlumatında deyilir.
Qeyd olunur ki, bu, son səkkiz il ərzində İsrail Baş naziri ilə Türkiyə Prezidenti arasında ilk bağlantıdır. Baş nazir həmçinin Türkiyə tərəfinə bütün səviyyələrdə fəaliyyətinə görə təşəkkürünü bildirib, qeyd edib ki, söhbət humanitar məsələdən gedirdi. O, böhranlı vəziyyətdə effektiv və hiss edilmədən işə düşən kommunikasiya kanallarının fəaliyyətini müsbət qiymətləndirib.