Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şabrandakı Sasani irsinə sahib çıxdılar: Yayda hamı Çıraqqalaya qalxa biləcək

© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Azərbaycanın ən məşhur qalasından xəbər var. Gələn il bir problem olmazsa, qalanin qapıları bütün turislərin üzünə açıq olacaq.
BAKI, 18 noyabr — Sputnik. Şabran dedikdə insanın ilk ağlına gələn "Çıraqqala" olur. Bu əsrarəngiz tarixi abidə Azərbaycan ərazisində yerləşən qalalar arasında mühüm yer tutur.
Qala uzun müddət təmirsiz olduğundan uçmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan Resublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamdan dərhal sonra qalada bərpa-konservasiya işlərinə başlanılıb.
© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Çıraqqalada təmir işləri
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov Sputnik Azərbaycan-a bərpa-konservasiya işlərinin nə yerdə olduğu barədə məlumat verib.
O qeyd edib ki, qalada təmir işlərinin çox hissəsi bitib, kiçik bir hissəsi qalıb.
"Biz qalaya qalxaraq gedən işlərlə tez-tez maraqlanırıq. İndiyə qədər bərpa olunan hissələrdə işlər həqiqətən çox səliqəli və gözəl alınıb. Demək olar ki, bütün detallar incəliklə işlənib. Çünki abidənin tarixiliyinə zərər gəlməməsi üçün orada çalışan ustalar var güclərini bu işə səfərbər ediblər. Yəqin ki gələn il üçün tamamilə bərpa işləri başa çatacaq və qala turistlərin üzünə açıq olacaq.", - Qurbanov deyib.
© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Çıraqqalada təmir işləri
Qalanı bərpa edən işçi qrupunun baş ustası Nəcəf Kərimov isə bildirib ki, onun uşaqlığı burada keçib. Ona görə də, bu qala onun üçün son dərəcə doğmadır və bərpa ilə bağlı işini vicdanla görməyə çalışır:
"Uşaqlığım demək olar ki, bu qalada keçib. Nə vaxt ürəyim sıxılsa, qalaya çıxar, ətrafdakı gözəlliyi qalanın üzərindən seyr edərdim. Buna görə də mən bu yerlərin hər daşına yaxşı bələdəm. Qismət elə gətirdi ki, qalanın bərpa işləri də bizə tapşırıldı. Biz də qrupumızla var gücümüzü sərf edib işlərə başladıq. İsti bilmədən, soyuq bilmədən işlədik. Rəhbərliyin tapşırığı ilə əsas diqqəti qalanın tez yox, yaxşı təmir olunmasına yönləndirdik. Və xırda-xırda detallara daha çox diqqət yetirdik".
© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Çıraqqalada təmir işləri
Baş ustanın sözlərinə görə, hazırda Çıraqqalaya giriş qalanın arxa hissəsindəndir. Demək olar ki, həmin hissə tamamilə bərpa olunub. İndi sanatoriya tərəfdən görünən ön hissə və ən hündür bürc tərəf qalıb. Burada da müəyyən işlər görülüb, amma görüləcək işlər də var.
Havalar soyuduqca, işlər çətinləşir. Qala hündürdə yerləşdiyindən, bura çox küləkli olur. Buna görə də rəhbərlik işçilərin həyati təhlükəsizliyini qorumaq üçün belə havalarda onları işləməyə qoymur.
© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Çıraqqalada təmir işləri
"Burada qışda işləmək qeyri-mümkündür", - N.Kərimov deyib.
Onu da qeyd edək ki, Çıraqqala - Azərbaycanın Siyəzən rayon mərkəzinin 20-25 kilometrliyində Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində, 1232 metr hündürlükdə yerləşən müdafiə qalasıdır. Qala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib.
Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilib. Onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.
© Sputnik / Leyla AbdullayevaÇıraqqalada təmir işləri
Çıraqqalada təmir işləri  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Çıraqqalada təmir işləri
Bura həm də Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub. "Çıraqqala" isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
Xəbər lenti
0