https://sputnik.az/20211118/ran-ermenistanla-oyun-qurdu-serhedde-bas-veren-son-hadiselerin-perdearxasi-436423373.html
İran Ermənistanla oyun qurdu: Sərhəddə baş verən son hadisələrin pərdəarxası
İran Ermənistanla oyun qurdu: Sərhəddə baş verən son hadisələrin pərdəarxası
Sputnik Azərbaycan
Ermənistandan qovulmuş azərbaycanlıların da yurd-yuvasına qayıdışını Minsk qrupunun təklif etdiyi plan əsasında reallaşdırmaq olar. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T09:00+0400
2021-11-18T09:00+0400
2021-11-18T11:41+0400
dsx
təhlil
türkiyə
siyasi innovasiya və texnologiyalar mərkəzinin direktoru, politoloq mübariz əhmədoğlu
mübariz əhmədoğlu
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42401/86/424018604_0:0:3072:1728_1920x0_80_0_0_1c51a467cf76820daf8abb8aa6513db3.jpg
BAKI, 18 noyabr — Sputnik. Ötən gün Azərbaycan-Ermənistan sərhədində yaşanan hərbi toqquşmalardan sonra Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığında tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.Politoloqlar son hadisələrin delimitasiya və demarkasiya məsələsinə təsirini Sputnik Azərbaycan üçün şərh ediblər. Politoloq Mübariz Əhmədoğlu bildirib ki, bölgədə sülh Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən edildikdən sonra olacaq. Onun sözlərinə görə, bu sülh təkcə iki ölkə üçün deyil, bütün region üçün əhəmiyyətlidir: Politoloq vurğulayıb ki, iki ölkə arasında sərhədlərin müəyyən edilməməsi KTMT-ni də son baş verənlərdən kənarda saxladı: "Putin və Paşinyanın telefon danışığında diqqət edilməli bir məqam da ondan ibarətdir ki, bu danışıq hansısa sənədin imzalanması üçün zəmin yaratmadı. Belə olsaydı, Putin o zəngin ardınca Prezident İlham Əliyevə də zəng edərdi. Bütün məsələlərin kökü Ermənistandadır. Burada Ermənistan müxalifətini nəzərdə tutmuram. Qeyd etmək istədiyim bölgəyə təsir imkanlarını saxlayan xarici faktorlardır".Mübariz Əhmədoğlu proseslərə ATƏT-in Minsk qrupunun da qoşulmasına tərəfdar olduğunu qeyd edib. Onun fikrincə, vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıları da yurd-yuvasına qayıdışını Minsk qrupunun təklif etdiyi plan əsasında reallaşdırmaq olar: "Amma erməni tərəfi Minsk qrupunun fəaliyyətini status məsələsini gündəmə gətirmək üçün istifadə etmək istəyir. Paşinyan həm də inanır ki, Qərbi proseslərə cəlb etməklə Azərbaycanı və Rusiyanı çıxılmaz vəziyyətə salacaq. Ona görə də nə sərhədlərin müəyyənləşməsinə, nə də sülh müqaviləsinə razılıq vermir".Politoloq təxribatlarda İranın rolunun olması ilə bağlı araşdırmaların aparılmasını da zəruri hesab edir. O qeyd edir ki, İranın regiondakı siyasəti haçalanmış və qarışıqdır: Politoloq Ramiyə Məmmədova isə düşünür ki, baş verənlərə nəzər salarkən buradan kimin qazanclı çıxmasına diqqət etməliyik:Ramiyə Məmmədova deyir ki, Paşinyan hökuməti baş verənlərə nəzarəti itirməkdədir:"Revanşist müxalif qüvvələr ona sənəd imzalamağa mane olurlar. Paşinyan hakimiyyəti həm daxildən, həm də xaricdən təzyiqlərlə üzləşir. Düşünürəm ki, yaxın zamanda sərhədlərin müəyyənləşməsi ilə bağlı hər hansı addımların atılması üçün münbit dialoq mühiti olmalıdır. Müxtəlif siyasi kombinasiyalarla müharibədən qalib çıxmış Azərbaycanı tələyə salmaq istəyən maraqlı tərəflər reallığı nəzərə almalıdır. Bu reallıqda bu yaxınlarda Türkiyədə keçirilmiş türk dövlətlərinin zirvə görüşü nəzərə alınmalıdır"."Azərbaycanın strateji tərəfdaşları var" deyən politoloq əlavə edib ki, Azərbaycan regional maraqlarından və strateji hədəflərindən yayınmağı düşünmür: "Ortada imzalanmış üçtərəfli bəyanat var. Ermənistan onu icra edəcəyini öhdəsinə götürüb. Azərbaycan da bu sənəddəki bütün bəndlərin tezliklə icrasını tələb edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42401/86/424018604_239:0:2970:2048_1920x0_80_0_0_e280f65aa2ba55060d06bb2a49e38783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dsx, türkiyə, siyasi innovasiya və texnologiyalar mərkəzinin direktoru, politoloq mübariz əhmədoğlu, mübariz əhmədoğlu, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
dsx, türkiyə, siyasi innovasiya və texnologiyalar mərkəzinin direktoru, politoloq mübariz əhmədoğlu, mübariz əhmədoğlu, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
İran Ermənistanla oyun qurdu: Sərhəddə baş verən son hadisələrin pərdəarxası
09:00 18.11.2021 (Yenilənib: 11:41 18.11.2021) Ermənistandan qovulmuş azərbaycanlıların da yurd-yuvasına qayıdışını Minsk qrupunun təklif etdiyi plan əsasında reallaşdırmaq olar.
BAKI, 18 noyabr — Sputnik. Ötən gün Azərbaycan-Ermənistan sərhədində yaşanan hərbi toqquşmalardan sonra Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığında tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Politoloqlar son hadisələrin delimitasiya və demarkasiya məsələsinə təsirini Sputnik Azərbaycan üçün şərh ediblər.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, bölgədə sülh Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən edildikdən sonra olacaq. Onun sözlərinə görə, bu sülh təkcə iki ölkə üçün deyil, bütün region üçün əhəmiyyətlidir:
"Azərbaycanın tələbləri üçtərəfli birgə bəyanatdan irəli gəlir. Orada Azərbaycanın Naxçıvanla birbaşa əlaqələrinin qurulması təsbit olunub. Ancaq görürük ki, Ermənistan hökuməti buna razılıq vermək istəmir. Paşinyan hökuməti sərhədlərin müəyyənləşdirilməsinə hazır deyil".
Politoloq vurğulayıb ki, iki ölkə arasında sərhədlərin müəyyən edilməməsi KTMT-ni də son baş verənlərdən kənarda saxladı: "Putin və Paşinyanın telefon danışığında diqqət edilməli bir məqam da ondan ibarətdir ki, bu danışıq hansısa sənədin imzalanması üçün zəmin yaratmadı. Belə olsaydı, Putin o zəngin ardınca Prezident İlham Əliyevə də zəng edərdi. Bütün məsələlərin kökü Ermənistandadır. Burada Ermənistan müxalifətini nəzərdə tutmuram. Qeyd etmək istədiyim bölgəyə təsir imkanlarını saxlayan xarici faktorlardır".
Mübariz Əhmədoğlu proseslərə ATƏT-in Minsk qrupunun da qoşulmasına tərəfdar olduğunu qeyd edib. Onun fikrincə, vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıları da yurd-yuvasına qayıdışını Minsk qrupunun təklif etdiyi plan əsasında reallaşdırmaq olar:
"Amma erməni tərəfi Minsk qrupunun fəaliyyətini status məsələsini gündəmə gətirmək üçün istifadə etmək istəyir. Paşinyan həm də inanır ki, Qərbi proseslərə cəlb etməklə Azərbaycanı və Rusiyanı çıxılmaz vəziyyətə salacaq. Ona görə də nə sərhədlərin müəyyənləşməsinə, nə də sülh müqaviləsinə razılıq vermir".
Politoloq təxribatlarda İranın rolunun olması ilə bağlı araşdırmaların aparılmasını da zəruri hesab edir. O qeyd edir ki, İranın regiondakı siyasəti haçalanmış və qarışıqdır:
"Son hərbi əməliyyatlarda ola bilsin ki, İran da maraqlı tərəf kimi çıxış edib. Hesab edirəm ki, bu gün Ermənistanın qərbdən də daha çox arxalandığı İrandakı bəzi qüvvələrdir ki, onu Azərbaycanla razılaşmaların əldə olunmasından çəkindirirlər".
Politoloq Ramiyə Məmmədova isə düşünür ki, baş verənlərə nəzər salarkən buradan kimin qazanclı çıxmasına diqqət etməliyik:
"Fikrimcə, İran-Ermənistan əlaqələrindən ortaya belə bir sövdələşmə çıxıb. Bu iki ölkə Azərbaycana qarşı kampaniya aparmağı qərarlaşdırıblar. Onun nəticəsi kimi son zamanlar baş verənlərə diqqət etməliyik. Amma rəsmi Yerevan həm də Tehranın bu məsələlərə müdaxilə üçün gücsüz vəziyyətdə olduğunu görür. Burada həm də Türkiyə faktorunu nəzərə almalı oldular. Qeyd etmək istədiyim bir məqam da Rusiya ilə bağlıdır. Rusiya regionda təsir imkanları geniş olan ölkədir. Bu baxımdan sülhməramlı missiyanı həyata keçirən ölkə kimi Ermənistana təzyiq göstərməlidir".
Ramiyə Məmmədova deyir ki, Paşinyan hökuməti baş verənlərə nəzarəti itirməkdədir:
"Revanşist müxalif qüvvələr ona sənəd imzalamağa mane olurlar. Paşinyan hakimiyyəti həm daxildən, həm də xaricdən təzyiqlərlə üzləşir. Düşünürəm ki, yaxın zamanda sərhədlərin müəyyənləşməsi ilə bağlı hər hansı addımların atılması üçün münbit dialoq mühiti olmalıdır. Müxtəlif siyasi kombinasiyalarla müharibədən qalib çıxmış Azərbaycanı tələyə salmaq istəyən maraqlı tərəflər reallığı nəzərə almalıdır. Bu reallıqda bu yaxınlarda Türkiyədə keçirilmiş türk dövlətlərinin zirvə görüşü nəzərə alınmalıdır".
"Azərbaycanın strateji tərəfdaşları var" deyən politoloq əlavə edib ki, Azərbaycan regional maraqlarından və strateji hədəflərindən yayınmağı düşünmür:
"Ortada imzalanmış üçtərəfli bəyanat var. Ermənistan onu icra edəcəyini öhdəsinə götürüb. Azərbaycan da bu sənəddəki bütün bəndlərin tezliklə icrasını tələb edir".