Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mingəçevirdə 15 yaşlı oğlan odlu silahla qətlə yetirildi

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlu güllələnib.
BAKI, 18 noyabr - Sputnik. Mingəçevirdə yeniyetmə güllələnərək öldürülüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib.
Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu güllələyib.
Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Xəbər lenti
0