Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heydər Əliyev Sarayı konsert proqramını şəhidlərə görə təxirə salıb

© Sputnik / Murad OrujovHeydər Əliyev Sarayı, arxiv şəkli
Heydər Əliyev Sarayı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Heydər Əliyev adına Respublika Sarayında daha öncədən də dekabrın 16-dək hər hansı bir konsertin keçirilməsi planlaşdırılmayıb.
BAKI, 18 noyabr — Sputnik. Heydər Əliyev Sarayında konsert proqramı şəhidlərə görə təxirə salınıb.
Bu barədə Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün Heydər Əliyev Sarayında keçiriləcək "Jazz mix" konsert proqramı şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınaraq, dekabrın 16-na keçirilib: "Həmin tarixə bütün biletlər etibarlıdır".
Qeyd edək ki, Heydər Əliyev adına Respublika Sarayında daha öncədən də dekabrın 16-dək hər hansı bir konsertin keçirilməsi planlaşdırılmayıb. Yalnız noyabrın 23-də bəstəkar Cahangir Cahangirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Xəbər lenti
0