https://sputnik.az/20211118/hebsxanada-olen-sabiq-deputatin-heyat-yoldasi-istintaqdan-narazidir-436446995.html
Həbsxanada ölən sabiq deputatın həyat yoldaşı istintaqdan narazıdır
Həbsxanada ölən sabiq deputatın həyat yoldaşı istintaqdan narazıdır
Sputnik Azərbaycan
Rafael Cəbrayılovun hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova istintaqdan narazı olduğunu deyib. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T18:02+0400
2021-11-18T18:02+0400
2021-11-18T18:02+0400
məhkəmə
hadisə
https://cdnn1.img.sputnik.az/img/42187/31/421873102_0:0:1000:563_1920x0_80_0_0_cf9e3ff07e0a887f76c2fd56135dd302.jpg
BAKI, 18 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rəfael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Cəbrayılovanın nümayəndəsi İlqar Kazımov çıxış edib.O, iş üzrə zərərçəkmişlərin dindirilməsini istəyib: "Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər".Daha sonra R.Cəbrayılovun hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova istintaqdan narazı olduğunu deyib: "Zərəçəkmişlərdən eləsi var ki, borcları Rəfael Cəbrayılovun qardaşının adına yönəldiblər".Vəkillər məhkəmədən R.Cəbrayılovun həyat yoldaşının prosesdə dindirilməsini xahiş ediblər.Proses dekabrın 2-nə təyin edilib.Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.Aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, R.Cəbrayılov bu ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42187/31/421873102_94:0:983:667_1920x0_80_0_0_8dc625debdb8d38e95f11e844b17d49a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə
Həbsxanada ölən sabiq deputatın həyat yoldaşı istintaqdan narazıdır
Rafael Cəbrayılovun hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova istintaqdan narazı olduğunu deyib.
BAKI, 18 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rəfael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, hakim
Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Cəbrayılovanın nümayəndəsi
İlqar Kazımov çıxış edib.
O, iş üzrə zərərçəkmişlərin dindirilməsini istəyib: "Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər".
Daha sonra R.Cəbrayılovun hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova istintaqdan narazı olduğunu deyib: "Zərəçəkmişlərdən eləsi var ki, borcları Rəfael Cəbrayılovun qardaşının adına yönəldiblər".
Vəkillər məhkəmədən R.Cəbrayılovun həyat yoldaşının prosesdə dindirilməsini xahiş ediblər.
Proses dekabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Cəbrayılov bu ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.