Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı açıqlanıb

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
XI siniflər üzrə isə 147 nəfər buraxılış imtahanlarından azad edilib, onların hamısının yekun attestasiyası aparılıb.
BAKI, 18 noyabr — Sputnik. Ötən tədris ilində buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2020/2021-ci tədris ili üzrə ümumtəhsil müəssisələrində IX və XI sinif buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı qurumun müvafiq statistik məlumatlarında göstərilib. Ötən tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı 862 olub, onlardan 848 nəfərin yekun attestasiyası aparılıb.
XI siniflər üzrə isə 147 nəfər buraxılış imtahanlarından azad edilib, onların hamısının yekun attestasiyası aparılıb.
Xəbər lenti
0