Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib

© AR Ministry of DefenceBakıda hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib
Bakıda hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib. Həmçinin növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.
© AR Ministry of DefenceBakıda hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib
Bakıda hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Bakıda hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib
Sonra qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Burada hərbi təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.
Xəbər lenti
0