Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda yeni qurğu: ağacları yerindəcə yonqara çevirib daha rahat daşıyırlar

Abunə olmaq
"Nur şəhəri"ndə təbiət hadisəsi zamanı sınan və ya qocalıb ömrünü başa vuran ağacları yerindəcə yonqara çevirirlər. Ətraflı - videomuzda.
Ölkədə ilk dəfə olaraq Mingəçevirə gətirilən texnikanın köməyi ilə saatda 7-14 kubmetr ağacı doğrayıb, emal etmək mümkündür. Bu həm yanacağa qənaət edir, həm də işçilərin işini rahatlaşdırır. Əvvəlki illərdə şəhər ərazisində budanan və ya küləyə tab gətirməyib aşan ağacların on-on beş maşınlıq yükünü “Vermmer” qurğusu yonqar halına salıb, bir yük maşınına sığdıra bilir.
Müasir qurğu Mingəçevirə Avropa İttifaqının "Merlər sazişi" çərçivəsində təqdim olunmuş layihələrə uyğun olaraq gətirilib. Qeyd edək ki, həmin qurğunun emal etdiyi qalıqlardan gələcəkdə xammal kimi istifadə edilərək bioyanacaq istehsal edilməsi planlaşdırılır.
Xəbər lenti
0