CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda on beş yaşınadək uşaqlara şəxsiyyət vəsiqəsi veriləcək

© Sputnik / Anar MustafayevУдостоверение личности гражданина Азербайджанской Республики
Удостоверение личности гражданина Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
BAKI, 18 noyabr - Sputnik. On beş yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına fərdi identifikasiya kartı əvəzinə şəxsiyyət vəsiqəsi veriləcək.
Bununla əlaqədar “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun ləğv edilir, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna müvafiq dəyişiklik edilir.
Başqa sözlə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli olan “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna əsasən, 15 yaşı yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.
Layihəyə əsasən, 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.
Qanun layihələri bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
0