https://sputnik.az/20211117/veten-muharibesinde-yaralanan-2200-qaziye-elillik-teyin-edilib-436393448.html
Vətən müharibəsində yaralanan 2200 qaziyə əlillik təyin edilib
Vətən müharibəsində yaralanan 2200 qaziyə əlillik təyin edilib
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada qazilərə müvafiq sosial... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T22:41+0400
2021-11-17T22:41+0400
2021-11-17T22:41+0400
qazi
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
əlillik
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:3073:1728_1920x0_80_0_0_ba2336428662fc39702759274ae21a4a.jpg
BAKI, 17 noyabr — Sputnik. İndiyədək Vətən müharibəsinin 2200 qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb.Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada qazilərə müvafiq sosial ödənişlər təyin edilib.Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır."Vətən müharibəsində yaralanan qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanılır.Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir", - nazirlikdən bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:2731:2048_1920x0_80_0_0_edee966247b4848cf59024ca1073003e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazi, əmək və əhalinin sosial müdafiə nazirliyi, əlillik
qazi, əmək və əhalinin sosial müdafiə nazirliyi, əlillik
Vətən müharibəsində yaralanan 2200 qaziyə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada qazilərə müvafiq sosial ödənişlər təyin edilib.
BAKI, 17 noyabr — Sputnik. İndiyədək Vətən müharibəsinin 2200 qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada qazilərə müvafiq sosial ödənişlər təyin edilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır.
"Vətən müharibəsində yaralanan qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanılır.
Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.
Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.
Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir", - nazirlikdən bildirilib.