https://sputnik.az/20211117/vasinqton-baki-ve-yerevani-birbasa-dialoqa-cagirdi-436392874.html
Vaşinqton Bakı və Yerevanı birbaşa dialoqa çağırdı
Vaşinqton Bakı və Yerevanı birbaşa dialoqa çağırdı
Sputnik Azərbaycan
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər onları narahat edir. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T10:45+0400
2021-11-17T10:45+0400
2021-11-17T10:45+0400
vaşinqton
siyasət
rusiya
rusiyanın müdafiə naziri sergey şoyqu
entoni blinken
abş dövlət katibi
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090150_0:0:3073:1728_1920x0_80_0_0_43dfa35bd8302378389bebeea6af8d8d.jpg
BAKI, 17 noyabr — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib."Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", - ABŞ dövlət katibi bildirib.Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar."Azərbaycan və erməni tərəfləri ilə telefon danışıqları nəticəsində vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda hərbi qarşıdurma dayandırılıb, vəziyyət sabit və nəzarət altındadır", - məlumatda deyilir.Qeyd edək ki, Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.Bundan öncə isə Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb ki, bu qurumun yeni təyin olunmuş naziri Suren Papikyan Azərbaycanla sərhəddə yaranmış vəziyyəti Şoyqu ilə müzakirə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090150_167:0:2898:2048_1920x0_80_0_0_b4123ef685a0f5675cc706e60ab45aa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaşinqton, rusiya, rusiyanın müdafiə naziri sergey şoyqu, entoni blinken, abş dövlət katibi, sergey şoyqu
vaşinqton, rusiya, rusiyanın müdafiə naziri sergey şoyqu, entoni blinken, abş dövlət katibi, sergey şoyqu
Vaşinqton Bakı və Yerevanı birbaşa dialoqa çağırdı
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər onları narahat edir.
BAKI, 17 noyabr — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.
"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", - ABŞ dövlət katibi bildirib.
Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.
"Azərbaycan və erməni tərəfləri ilə telefon danışıqları nəticəsində vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda hərbi qarşıdurma dayandırılıb, vəziyyət sabit və nəzarət altındadır", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.
Bundan öncə isə Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb ki, bu qurumun yeni təyin olunmuş naziri Suren Papikyan Azərbaycanla sərhəddə yaranmış vəziyyəti Şoyqu ilə müzakirə edib.