https://sputnik.az/20211117/turkiye-xn-azerbaycani-tebrik-edib-436403135.html
Türkiyə XİN Azərbaycanı təbrik edib
Türkiyə XİN Azərbaycanı təbrik edib
Sputnik Azərbaycan
Türkiyə XİN-in Twitter hesabında qeyd olunub ki, eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T13:44+0400
2021-11-17T13:44+0400
2021-11-17T13:44+0400
türkiyə
siyasət
azərbaycan xin
xin
milli dirçəliş günü
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:563_1920x0_80_0_0_bfeceac28121f53d427ecf5fb8d52ea8.jpg
BAKI, 17 noyabr — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlik öz Twitter hesabında paylaşım edib."33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini ortaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib.Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi Twitter hesabında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunur ki, Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı.Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:751_1920x0_80_0_0_b3b7562f56d7a57d29009e7898e44d0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, azərbaycan xin, xin, milli dirçəliş günü
türkiyə, azərbaycan xin, xin, milli dirçəliş günü
Türkiyə XİN Azərbaycanı təbrik edib
Türkiyə XİN-in Twitter hesabında qeyd olunub ki, eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun
BAKI, 17 noyabr — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlik öz Twitter hesabında paylaşım edib.
"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini ortaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi Twitter hesabında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunur ki, Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı.
Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.