Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid qardaşlar: Birinin dəfni günü digərinin qara xəbəri gəldi

© Sputnik / Ilham MustafayevŞəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu
Şəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Xəbərlərə abunə olun
Böyük qardaşının dəfnində iştirak etmək üçün izn verilsə də döyüş yoldaşlarından ayrılmayaraq özü də şəhid olur.
BAKI, 17 noyabr — Sputnik. Şəmkir rayonunun Yeniabad kəndindən olan Məmmədov qardaşları eyni peşəni seçərək hərbçi olublar. Eyni amal uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə ucalıblar. Bir qardaşın dəfni günü digər qardaşın şəhid xəbəri gəlib.
Aralarında iki yaş fərq olan Cavid Çingiz gizir rütbəsini daşıyıblar. Kəlbəcər, Tərtər-Talış istiqamətində gedən qızğın döyüşlərdə iştirak ediblər. 28 yaşlı Çingiz böyük qardaşının şəhid xəbərini eşidir, dəfndə iştirak etmək üçün ona icazə verilsə də yoldaşlarından ayrılmayaraq döyüşə davam edir. Bir neçə gün sonra isə özü qəhrəmancasına şəhid olur.
© Sputnik / Ilham MustafayevŞəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu
Cavid və Çingiz Məmmədovlar - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Şəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu
Anaları Faya Məmmədova Vətən müharibəsi başlayanda oğlu Çingizlə telefonla danışır. Torpaqlarımızın azadlığı uğrunda savaşın başladığını ondan eşitdiyini deyir: "Müharibə başlayanda müjdələdi bizi. Bu gün, dedi, müharibə xəbərini verdim. "Narahat olma, qələbə xəbərini də məndən eşidərsən", - dedi. Tərtər, Talış istiqamətində qanlı döyüşlərdə Ohanyan postlarını yaranlardan olub hər ikisi. Dedi, birinci postu keçmişik, ruh yüksəkliyi bizdədir. Həmin vaxt qardaşının şəhid olduğunu eşitmişdi, amma mənə demədi".
Çingiz qardaşının şəhid olduğunu döyüş yoldaşlarından eşidir və ona dəfn üçün evə getməsinə icazə verilsə də o: “Vətən sağ olsun, qardaşım şəhid kimi xalqımız tərəfindən dəfn ediləcək, mən burada döyüşü yarımçıq qoya bilmərəm”, - deyib. Çingiz də qardaşı Cavidin dəfn olunduğu gün şəhadətə ucalır.
© Sputnik / Ilham MustafayevŞəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun ailə üzvləri
Cavid və Çingiz Məmmədovlar - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Şəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun ailə üzvləri
Çingizin həyat yoldaşı Kifayət Məmmədova hərbçi yoldaşı kimi şəhadətə həmişə hazır olduğunu deyib: “Yoldaşım 10 ildir hərbçi idi. 7 il əvvəl ailə həyatı qurmuşuq. Ailə quranda gözə almışdım ki, hərbçi ilə ailə qururam, getdiyi kimi qayıtmaya da bilər. Axırıncı dəfə sentyabrın 25-də gəldi evə. Uşaqları öpdü, bizimlə vidalaşdı ki, ermənilər müharibəyə başlamağa hazırlaşırlar, hər şeyə hazır olmalısınız. Son dəfə sentyabrın 29-u əlaqə saxladı, anası ilə, sonra mənimlə danışdı, uşaqları mənə tapşırdı. Bir neçə gün sonra isə şəhid xəbərini aldıq".
© Sputnik / Ilham MustafayevŞəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun ailə üzvləri
Cavid və Çingiz Məmmədovlar - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Şəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun ailə üzvləri
Ailənin böyük oğlu Cavid Məmmədov Suqovuşanın, Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çingiz isə Kəlbəcər, Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid qardaşların atası İlham Məmmədov övladlarının talelərinin olduqca oxşar olduğunu deyib. O, hər iki övladının toyunu da eyni gündə etdiklərini söyləyib: "Hər ikisi gizir olub. Hər ikisi medallar, fəxri fərmanlar alıb. Vətəni sevib gediblər. Şəhidin adı gələndə Azərbaycan yada düşür, Qarabağ yada düşür. Şəhid olmaq üçün gərək Vətəni, torpağı, ailəni sevəsən, əgər onları sevmirsənsə, şəhid ola bilməzsən. Nə qədər ağır olsa da, o qədər də fəxr edirik ki, Vətən uğrunda şəhid olublar. Belə oğulların hesabına ermənilərin o torpaqları mənimsəməsinə imkan verilmədi. 30 il də keçsə, ermənilər üzərində qələbə qazandıq".
© Sputnik / Ilham MustafayevŞəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu
Cavid və Çingiz Məmmədovlar - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Şəhid qardaşlar - Cavid və Çingiz Məmmədovun fotosu
Böyük qardaş Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz Məmmədov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar. Onların hər birinin iki övladı vətənə əmanət qalıb.
Eləcə də oxuyun:
* Canavar kimi cəsur - Şəhid Kamran Seyfullazadənin qəhrəmanlığı dillərdə dastandır
* Komandir qışqıraraq hamını ayağa qaldırdı: Şuşa azaddır!
* Hisslərimizin əsirinə çevrilə bilməzdik - Yüzlərlə hərbçini xilas edən ağxalatlı qəhrəman
* Şuşa alınan gün onu torpağa tapşırdılar: Heç belə fəlakət olmamışdı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала