https://sputnik.az/20211117/sahin-mustafayev-rusiyali-numayende-heyeti-ile-gorusub-436418838.html
Şahin Mustafayev rusiyalı nümayəndə heyəti ilə görüşüb
Şahin Mustafayev rusiyalı nümayəndə heyəti ilə görüşüb
Sputnik Azərbaycan
Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T20:42+0400
2021-11-17T20:42+0400
2021-11-17T20:42+0400
şahin mustafayev
azərbaycan xəbərləri
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/41946/29/419462960_0:0:2268:1276_1920x0_80_0_0_a595e8b005cd3e8407d00246f78df4a9.jpg
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6% artdığı xüsusi vurğulanıb. Bu baxımdan müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirilib.İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bildirilib ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulanıb.İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18% artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41946/29/419462960_241:0:2268:1520_1920x0_80_0_0_3219d7aa69b61b9079ed71e8b1501b2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahin mustafayev, şimal-cənub tranzit dəhlizi
şahin mustafayev, şimal-cənub tranzit dəhlizi
Şahin Mustafayev rusiyalı nümayəndə heyəti ilə görüşüb
Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6% artdığı xüsusi vurğulanıb. Bu baxımdan müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirilib.
İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bildirilib ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulanıb.
İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18% artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.