https://sputnik.az/20211117/randan-teklif-azerbaycan-ve-ermenistana-komek-teklif-etdi-436398544.html
İran Azərbaycan və Ermənistana kömək təklif etdi
İran Azərbaycan və Ermənistana kömək təklif etdi
Sputnik Azərbaycan
İran XİN-in sözçüsü bildirib ki, önun ölkəsi bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T12:35+0400
2021-11-17T12:35+0400
2021-11-17T12:52+0400
iran
siyasət
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165291_0:6:3073:1734_1920x0_80_0_0_b6bea7a88331a8604f0eeaaff43411ca.jpg
BAKI, 17 noyabr — Sputnik. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətipzadə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalara görə ölkəsinin narahat olduğunu açıqlayıb.Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Səid Xətipzadə tərəfləri təmkinli olmağa və gərginliyin artırılmasından çəkinməyə çağırıb."Ölkələrin bir-birinin sərhədlərinə hörmətlə yanaşması vacibdir. Bu baxımdan Ermənistan və Azərbaycan məsələlərin dialoq və sülh yolu ilə həllinə səy göstərməlidir. Mövcud gərginlik bölgəmizdə sülhün qorunması və inkişafın təmin edilməsinə əngəl yaradır. İran əvvəl də olduğu kimi bu gün də bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır", - deyə S.Xətipzadə bildirib.Qeyd edək ki, Ermənistan hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlamışdı. Ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165291_32:0:2763:2048_1920x0_80_0_0_de4807aceb17bdad9da144821a3179ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan
iran, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan
İran Azərbaycan və Ermənistana kömək təklif etdi
12:35 17.11.2021 (Yenilənib: 12:52 17.11.2021) İran XİN-in sözçüsü bildirib ki, önun ölkəsi bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
BAKI, 17 noyabr — Sputnik. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətipzadə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalara görə ölkəsinin narahat olduğunu açıqlayıb.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Səid Xətipzadə tərəfləri təmkinli olmağa və gərginliyin artırılmasından çəkinməyə çağırıb.
"Ölkələrin bir-birinin sərhədlərinə hörmətlə yanaşması vacibdir. Bu baxımdan Ermənistan və Azərbaycan məsələlərin dialoq və sülh yolu ilə həllinə səy göstərməlidir. Mövcud gərginlik bölgəmizdə sülhün qorunması və inkişafın təmin edilməsinə əngəl yaradır. İran əvvəl də olduğu kimi bu gün də bölgədə stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır", - deyə S.Xətipzadə bildirib.
Qeyd edək ki, Ermənistan hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlamışdı. Ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.