Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qarabağın bərpası - işğaldan azad edilmiş torpaqlarda işgüzar fəallıq

Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın hansı sahələri inkişafın lideri olacaq, hansı sahibkarlıq növünə tələbat olacaq? Bu barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Media Təhlil Mərkəzi (MTM) azərbaycanlılar arasında ölkənin işğaldan azad edilmiş ərazilərində işgüzar fəallığın təmin edilməsi üçün hansı tədbirlərin görülməsi ilə bağlı vətəndaşların fikirlərini öyrənmək üçün sorğu keçirib.
Sorğuda 890 nəfər iştirak edib ki, onların da 60 faizini kişilər, 40 faizini qadınlar təşkil edib. Sorğunun nəticələrinə görə, respondentlərin 30%-i hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə yeni fabrik və zavodlar açılmalıdır. 28%-i sərbəst iqtisadi zonaların yaradılmasını, 21%-i xarici sərmayələrin cəlb edilməsini, daha 21%-i isə yeni aqroparkların və fermer təsərrüfatlarının yaradılmasını vacib sayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 52%-i işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın əsas sektorları kimi turizm və xidmət sahəsini, 35%-i kənd təsərrüfatını, 8%-i sənayeni, 4%-i tikintini, 2%-i ticarəti görür.
Xəbər lenti
0