CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin məşğulluq xəritəsi 2022-ci ildə tamamlanacaq

© pixabay / Free-PhotosKostyumda olan kişi, arxiv şəkli
Kostyumda olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Nazir müavini diqqətə çatdırıb ki, gələn il məşğulluq tədbirlərinin böyük hissəsi azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək.
BAKI, 17 noyabr — Sputnik. Gələn il məşğulluq tədbirlərin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, məşğulluq xidmətlərinin beynəlxalq təcrübə əsasında qurulması, elektron xidmətlərin sayının artırılması və digər istiqamətlərdə ardıcıl işlər görülür. Əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini gücləndirmək üçün işlər görülür. 2022-ci il üçün nəzərdə tutulan gəlirlərin ümumi faizi işsizlikdən sığorta yığımları hesabına formalaşıb.
"2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, işsizlikdən sığorta fondunun gələn il üçün gəlir və xərcləri 180 milyon 375 min 536 manat məbləğində proqnozlaşdırılır. Fondun xərclərinin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulub.
Qanun layihəsi deputatların müzakirəsindən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0