SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva şəhidlərlə bağlı paylaşım edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Birinci xanım Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına başsağlığı verib.
BAKI, 17 noyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində şəhidlərlə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!".

Qeyd edək ki, Ermənistan hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlamışdı.
Ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
Xəbər lenti
0