SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mədət Quliyev ərəb nazirlə nə danışıb?

© Photo : Ministry of Defence Industry of AzerbaijanAzərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşüb
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Görüş zamanı Azərbaycanla BƏƏ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
BAKI, 17 noyabr — Sputnik. Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Dubai Airshow 2021" 17-ci aviasiya sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanla BƏƏ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Dubai Airshow 2021" 17-ci aviasiya sərgisi BƏƏ-nin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi altında iki ildən bir təşkil olunur. Sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.
Xəbər lenti
0