https://sputnik.az/20211117/koronavirus-xesteleri-ictimai-yerleri-dolasarken-saxlaniliblar-436403516.html
Koronavirus xəstələri ictimai yerləri dolaşarkən saxlanılıblar
Koronavirus xəstələri ictimai yerləri dolaşarkən saxlanılıblar
Sputnik Azərbaycan
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə ictimai yerlərdə görünən koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T14:13+0400
2021-11-17T14:13+0400
2021-11-17T14:13+0400
xəstə
cəmiyyət
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425676579_0:0:1280:721_1920x0_80_0_0_0cc61001cb8363da49d99da6c4acbf35.jpg
BAKI, 17 noyabr — Sputnik. Biləsuvar və Yardımlıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.Yardımlıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş E.Əsgərovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425676579_0:0:1280:960_1920x0_80_0_0_2ddff076be56711c334479838df5f753.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstə, koronavirus, covid-19
xəstə, koronavirus, covid-19
Koronavirus xəstələri ictimai yerləri dolaşarkən saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə ictimai yerlərdə görünən koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
BAKI, 17 noyabr — Sputnik. Biləsuvar və Yardımlıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Yardımlıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş E.Əsgərovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.