https://sputnik.az/20211117/herbcilere-mezuniyyete-cixarken-elave-muavinet-verilmesi-teklif-edildi-436410538.html
Hərbçilərə məzuniyyətə çıxarkən əlavə müavinət verilməsi təklif edildi
Hərbçilərə məzuniyyətə çıxarkən əlavə müavinət verilməsi təklif edildi
Sputnik Azərbaycan
Xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara birdəfəlik kompensasiya və ev əşyalarının daşınması xərcləri ödəniləcək. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T15:30+0400
2021-11-17T15:30+0400
2021-11-17T15:30+0400
məzuniyyət
hərbi
hərbi qulluqçular
müavinət
hərbçilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/03/425628588_0:126:3072:1854_1920x0_80_0_0_e7538f42fa0a1c754ad3ee2a560f9cb5.jpg
BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.Sputnik Azərbaycan xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.Yeni qanun layihəsində həmçinin qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.Mövcud qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantına görə, xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara və onların ailə üzvlərinə birdəfəlik kompensasiya, nəqliyyat xərci, ev əşyalarının daşınması ilə bağlı xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş norma və qaydada ödəniləcək.Qeyd edək ki, qüvvədə olan qanunda bu xərclər nəzərdə tutulmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/03/425628588_341:0:3072:2048_1920x0_80_0_0_dc0f2893ea373b3c0c79ed3a9b6e45eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məzuniyyət, hərbi qulluqçular, müavinət, hərbçilər
məzuniyyət, hərbi qulluqçular, müavinət, hərbçilər
Hərbçilərə məzuniyyətə çıxarkən əlavə müavinət verilməsi təklif edildi
Xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara birdəfəlik kompensasiya və ev əşyalarının daşınması xərcləri ödəniləcək.
BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.
Yeni qanun layihəsində həmçinin qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Mövcud qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantına görə, xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara və onların ailə üzvlərinə birdəfəlik kompensasiya, nəqliyyat xərci, ev əşyalarının daşınması ilə bağlı xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş norma və qaydada ödəniləcək.
Qeyd edək ki, qüvvədə olan qanunda bu xərclər nəzərdə tutulmayıb.