https://sputnik.az/20211117/hava-hucumundan-mudafie-bolmeleri-naxcivanda-mesq-kecib---vdeo-436401295.html
Hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçib
Hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçib
Sputnik Azərbaycan
Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T20:30+0400
2021-11-17T20:30+0400
2021-11-17T23:32+0400
naxçıvan
hərbi təlim
naxçıvan qarnizonunun qoşunları
video
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/11/436430639_0:0:1000:563_1920x0_80_0_0_b50a9d08acd6aaab4229ea95c1923479.jpg
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin bir nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə ordu aviasiyası da cəlb edilib.Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/11/436430639_225:0:976:563_1920x0_80_0_0_653b2dc5e6e21964a972c5b47da82de0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, hərbi təlim, naxçıvan qarnizonunun qoşunları, видео
naxçıvan, hərbi təlim, naxçıvan qarnizonunun qoşunları, видео
Hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçib
20:30 17.11.2021 (Yenilənib: 23:32 17.11.2021) Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin bir nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.
Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə ordu aviasiyası da cəlb edilib.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.
Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.