https://sputnik.az/20211117/ermenistan-artiq-azerbaycanin-erazi-butovluyunu-tanimalidir---deputat-tekid-edir-436401599.html
"Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” - deputat təkid edir
"Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” - deputat təkid edir
Sputnik Azərbaycan
BAKI, 17 noyabr — Sputnik. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və regionda sülh yaranmalıdır. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T14:24+0400
2021-11-17T14:24+0400
2021-11-17T14:24+0400
ərazi
siyasət
qüdrət həsənquliyev
millət vəkili qüdrət həsənquliyev
https://cdnn1.img.sputnik.az/img/41207/88/412078865_0:0:1152:648_1920x0_80_0_0_4a1c89e2b3de9baa0beb9719cf62dd3c.jpg
BAKI, 17 noyabr — Sputnik. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və regionda sülh yaranmalıdır.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib."Dünən bizim Ordumuzun qəhrəman əsgər və zabitləri erməni təxribatının qarşısını alıb, şəhid və yaralılarımız var. Ermənistan sülhə məcbur edilməli və ölkəmizin ərazi bütövlüyünü tanımalıdır", - deputat deyib. Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41207/88/412078865_90:0:962:654_1920x0_80_0_0_b11f50c991bb829d3743226fba9c3f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərazi, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev
ərazi, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev
BAKI, 17 noyabr — Sputnik. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və regionda sülh yaranmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
"Dünən bizim Ordumuzun qəhrəman əsgər və zabitləri erməni təxribatının qarşısını alıb, şəhid və yaralılarımız var. Ermənistan sülhə məcbur edilməli və ölkəmizin ərazi bütövlüyünü tanımalıdır", - deputat deyib.
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.