https://sputnik.az/20211117/dovlet-sosial-mudafie-fondunun-gelir-ve-xercleri-artirilir-436398064.html
Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır
Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır
Sputnik Azərbaycan
Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T16:30+0400
2021-11-17T16:30+0400
2021-11-17T16:30+0400
xərclər
iqtisadiyyat
dsmf
https://cdnn1.img.sputnik.az/img/41806/37/418063792_0:0:1201:676_1920x0_80_0_0_5a7b3fd1abf1168317640231332c078f.jpg
BAKI, 17 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması ölkə Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Sosial məsələlərlə bağlı istər dövlət büdcəsi, istər Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, istər İşsizlikdən sığorta fondunun büdcəsi tərtib olunarkən bu prioritet istiqamət nəzərə alınır.O diqqətə çatdırıb ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək.O bildirib ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.Komitə sədri bildirib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6% çoxdur.Komitə sədri qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil edib, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41806/37/418063792_0:0:1057:793_1920x0_80_0_0_c5272a5a9691a8240b081c2224e17312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xərclər, dsmf
Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır
Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur.
BAKI, 17 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması ölkə Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Sosial məsələlərlə bağlı istər dövlət büdcəsi, istər Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, istər İşsizlikdən sığorta fondunun büdcəsi tərtib olunarkən bu prioritet istiqamət nəzərə alınır.
O diqqətə çatdırıb ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək.
O bildirib ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.
Komitə sədri bildirib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6% çoxdur.
Komitə sədri qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil edib, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.