Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputat büdcədəki yarım milyard vəsaitin xərclənməməsinə etiraz etdi

© Sputnik / Elvin AhmadƏlində manat olan yaşlı qadın, arxiv şəkli
Əlində manat olan yaşlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Vahid Əhmədov deyib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb. Əgər dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir.
BAKI, 17 noyabr — Sputnik. Artıq vaxtıdır ki, Azərbaycanda da özəl pensiya fondları yaradılsın. Dünyada özəl pensiya fondları var, amma bizdə yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb və bunu qəbul etmir. Əgər dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir:

“Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır".

Qeyd edək ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcək.
Xəbər lenti
0