https://sputnik.az/20211117/azerbaycan-ve-ranin-enerji-resmileri-gorusecekler-436419236.html
Azərbaycan və İranın enerji rəsmiləri görüşəcəklər
Azərbaycan və İranın enerji rəsmiləri görüşəcəklər
Sputnik Azərbaycan
İclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T19:24+0400
2021-11-17T19:24+0400
2021-11-17T19:24+0400
iran
iqtisadiyyat
qız qalası
xudafərin
su elektrik stansiyası
"xudafərin körpüsü"
https://cdnn1.img.sputnik.az/img/42295/25/422952543_0:175:3073:1903_1920x0_80_0_0_8886f7d43525799277d8e23a1e94aee0.jpg
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan və İranın enerji üzrə nümayəndələrinin "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları üzrə görüşü nəzərdə tutulur.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında keçirilən növbəti iclasında məlumat verilib.Məlumata görə, iclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib. Həmçinin birgə texniki komissiyanın növbəti görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dir. O cümlədən "Xudafərin" SES-in gücü 200 MVT, "Qız Qalası" SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42295/25/422952543_60:0:2791:2048_1920x0_80_0_0_e671ae320a3ca91cea93227b9298a80b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, qız qalası, xudafərin, su elektrik stansiyası, "xudafərin körpüsü"
iran, qız qalası, xudafərin, su elektrik stansiyası, "xudafərin körpüsü"
Azərbaycan və İranın enerji rəsmiləri görüşəcəklər
İclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib.
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan və İranın enerji üzrə nümayəndələrinin "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları üzrə görüşü nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında keçirilən növbəti iclasında məlumat verilib.
Məlumata görə, iclasda Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib. Həmçinin birgə texniki komissiyanın növbəti görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dir. O cümlədən "Xudafərin" SES-in gücü 200 MVT, "Qız Qalası" SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.