https://sputnik.az/20211116/odenisler-ucun-qr-koddan-istifadeye-dair-metodoloji-rehberlik-tesdiq-edilib-435239634.html
Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edilib
Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edilib
Sputnik Azərbaycan
BAKI, 16 noyabr — Sputnik. Azərbaycan ərazisində QR kod vasitəsilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun... 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T21:07+0400
2021-11-16T21:07+0400
2021-11-16T21:07+0400
ödəniş
iqtisadiyyat
kod
https://cdnn1.img.sputnik.az/img/42233/62/422336243_0:0:3045:1713_1920x0_80_0_0_30e62196413fe4fd9d70d65644a635e4.jpg
BAKI, 16 noyabr — Sputnik. Azərbaycan ərazisində QR kod vasitəsilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik" (Metodoloji Rəhbərlik) hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilib.Sputnik Azərbaycan AMB-a istinadən xəbər verir ki, Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılıb.Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyələrin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42233/62/422336243_0:0:2731:2048_1920x0_80_0_0_15b2039b45c18790c3d33c1324d5a68e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ödəniş, kod
Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edilib
BAKI, 16 noyabr — Sputnik. Azərbaycan ərazisində QR kod vasitəsilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik" (Metodoloji Rəhbərlik) hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilib.
Sputnik Azərbaycan AMB-a istinadən xəbər verir ki, Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılıb.
Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyələrin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcək.