Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verib

© Photo : Executive power of Neftchala districtİsmayıl Vəliyev, arxiv şəkli
İsmayıl Vəliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Şikayətə yaxın günlərdə baxılması gözlənilir. Qeyd edək ki, hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
BAKI, 16 noyabr — Sputnik. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
Şikayətə yaxın günlərdə baxılması gözlənilir. Qeyd edək ki, hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs ediliblər.
Eləcə də oxuyun:
* Həbsdə ölən sabiq deputata hüquqi varis təyin edilib
* Direktorun cinayət işi məhkəməyə göndərildi - dövlətə yüz mindən çox ziyan vurub
* Nazirlik işçiləri dövlətdən oğurladıqlarının bir qismini istintaq vaxtı qaytarıblar
* Eldəniz Səlimovun növbəti məhkəməsinin vaxtı dəqiqləşdi
Xəbər lenti
0