https://sputnik.az/20211116/loukost-ucuslar-bakidan-seudiyye-erebistanina-ucuslar-baslayir-435218828.html
Loukost uçuşlar: Bakıdan Səudiyyə Ərəbistanına reyslər başlayır
Loukost uçuşlar: Bakıdan Səudiyyə Ərəbistanına reyslər başlayır
Sputnik Azərbaycan
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T11:21+0400
2021-11-16T11:21+0400
2021-11-16T11:44+0400
reys
iqtisadiyyat
səudiyyə ərəbistanı
"buta airways" aviaşirkəti
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434609446_0:0:2048:1153_1920x0_80_0_0_a71744e564a78118a6a1b63e43c5723c.jpg
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirməyə başlayır.Sputnik Azərbaycan xəbər verir ki, paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir.Həmin reyslərə biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.Aviabiletlərin dəyəri 55 avrodan başlayır.Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları ilə aviaşirkətin saytında tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/saudi-arabiaAzərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.butaairways.az/az/covid/clinicsSərnişin Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434609446_293:0:2048:1316_1920x0_80_0_0_7ef39aacd6b2d2563776c84daba0d771.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
reys, səudiyyə ərəbistanı, "buta airways" aviaşirkəti
reys, səudiyyə ərəbistanı, "buta airways" aviaşirkəti
Loukost uçuşlar: Bakıdan Səudiyyə Ərəbistanına reyslər başlayır
11:21 16.11.2021 (Yenilənib: 11:44 16.11.2021) Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirməyə başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin reyslərə biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları ilə aviaşirkətin saytında tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/saudi-arabia
Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.butaairways.az/az/covid/clinics
Sərnişin Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.