Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hava şəraiti ilə əlaqədar dəmir yolunda məhdudiyyətlər tətbiq edilib

© Official website of President of Azerbaijan RepublicPirşağı dəmir yolu stansiyası, arxiv şəkli
Pirşağı dəmir yolu stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.
BAKI, 16 noyabr — Sputnik. Hava şəraiti ilə əlaqədar bəzi dəmir yolu xətlərində sürət həddi azaldılıb.
Yağış və güclü küləklə müşahidə edilən hava şəraiti ilə bağlı təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb. Qurum sərnişinlərə anlayış göstərdikləri üçün təşəkkür edib.
Xəbər lenti
0