CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX sərhəddə vəziyyətlə bağlı məlumat yayanlara xəbərdarlıq etdi

© Sputnik / Anar MustafayevBakıda DTX-nın binası, arxiv şəkli
Bakıda DTX-nın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
BAKI, 16 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib.
Sputnik Azərbaycan DTX-nın saytına istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq".
Eləcə də oxuyun:
* Ermənistan silahlı qüvvələrinin əks-həmləsi dəf edilib - mövqeləri tərk edirlər
Xəbər lenti
0